Almaniya 2-ci Bundesliqasında 20-ci turu görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.

Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 76-cı dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, 29 xala malik “Ersgebirge”  8-ci pillədə qərarlaşıb.