Dortmund "Borussiya"sının futbolçusu Nuri Şahin ABŞ-ın dünyaca məşhur Harvard universitetinə qəbul olunub. 

Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib:

 "Öyrənmək və özünü inkişaf etdirməyin yaşı, yeri, vaxtı yoxdur. Harvarddan qəbul məktubum gəldi. Orada alacağam təhsil üçün çox həyəcanlıyam, əfsanəvi professor Anita Elberse ilə tanış olacağım üçün də". 

Qeyd edək ki, ötən il Türkiyə millisindəki karyereasını başa vuran 28 yaşlı futbolçu 2012-ci ildən Dortmund klubunda çıxış edir.(qol.az)