Almaniya Bundesliqası təmsilçisi "Herta"nın yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pal Dardai komandanın yeni çalışdırıcısı olub. 44 yaşlı mütəxəssislə  2022-ci ilin iyununa qədər razılığa gəlinib. 

O, bu vəzifədə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.

Qeyd edək ki, Dardai 2015-2019-cu illərdə "Herta"nın baş məşqçisi olub.