Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu futbolçusu Markus Türamı cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqanın 13-cü turu çərçivəsində “Hoffenhaym”a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürən Türam bir aylıq məvacibi dəyərində cərimələnəcək. 23 yaşlı hücumçunun aylıq maaşı təqribən 150 min avrodur.
Etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyərək emosional davrandığını bildirən Türamın Almaniya Futbol İttifaqı tərəfindən də sərt cəzalandırılması gözlənilir.
Qeyd edək ki, “Borussiya” – “Hoffenhaym” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.