Almaniya Bundesliqasının 13-cü turunda baş tutan "Münhenqladbax" - "Hoffenhaym" (1:2) matçında skandal yaşanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 79-cu dəqiqəsində "Münhenqladbax"ın hücumçusu Markus Türam rəqib oyunçu Stefan Poşun üzünə tüpürüb. Hadisəni VAR-da izləyən baş hakim Frenk Ullenborq Türama qırmızı vərəqə göstərərək meydandan qovub.
Matçdan sonra "Münhenqladbax"ın baş məşqçisi üzr istədə də, 23 yaşlı fransalıya daha ağır cəza veriləcəyi gözlənilir.