Almaniya Bundesliqasında 12-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, "Bavariya" doğma meydanda "Volfsburq"u qəbul edib. Görüş Münhen klubunun iki qolunun müəllifi olan Robert Levandovski üçün əlamətdar olub. Belə ki, dubl edən 32 yaşlı hücumçu Bunesliqada sayca 250-ci qolunu vurub. Bununla da o, ilk üçlüyə daxil ola bilib. İlk pillədə G.Müller (365 qol), ikinci yerdə isə 268 qolla K.Fişerdir.
Oyunun icmalını təqdim edirik:
"Bavariya" - "Volfsburq" 2:1 (R.Levandovski, 45+1, 50. - M.Filip, 5.)