Almaniyanın “Hoffenhaym” klubu futbolçusu Maksimilian Bayerin müqaviləsinin müddətini artırıb.
Offsideplus.az Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, “Hoffenhaym”ın yetirməsi olan Bayer bu yay əsas komandaya cəlb olunub və 4 oyunda forma geyinmək imkanı qazanıb.