Levandovski bu il təqdim olunmayacaq "Qızıl Top" mükafatını qazanmağa layiq olduğunu deyib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının qalibi "Bavariya" klubunun oyunçusu Robert Levandovski "Qızıl Top"u qazanmağa layiq olduğunu bildirib. Oyunçu bu barədə açıqlamalar verib.

"Bu il komanda olaraq hər şeyi qazandıq. Çıxış etdiyim bütün turnirlərdə qol kralı oldum. Məncə bir oyunçu bu qədər şeyi bacara bilibsə, o "Qızıl Top"u qazanmalıdır", - deyə polşalı oyunçu qeyd edib.