Almaniya II Bundesliqasında "Nürnberq" "Kayserslautern"i 2:1 hesabı ilə məğlub edir.
Offsideplus.az xəbər verir ki, Mahir Emreli oyunun 68-ci dəqiqəsində komandasının 2-ci qoluna imza atıb. O, 2 dəqiqə sonra foula görə sarı vərəqə alıb.
Bu, Mahirin "Nürnberq" formasında 5-ci qolu olub. Həmyerlimiz sonuncu dəfə 160 gün əvvəl - noyabrın 3-də "Hamburq"la oyunda qol vurmuşdu.
Videonu təqdim edirik: