Mahir Emreli uzun müddət çəkən "qol orucu"nu pozub.

Offsideplus.az xəbər verir ki, "Nürnberq"də çıxış edən 27 yaşlı hücumçu dünən keçirilən "Kayzerslautern"lə matçda komandasının ikinci qolunu vurub. O, bu barədə sosial media hesabından paylaşım edib. Mahir ona inananlara təşəkkür edib:

"Çox danışıldı. Çox şey yazıldı – hətta yalan xəbərlər də. Amma mən sakitcə və çox çalışaraq öz üzərimdə işlədim, heç vaxt hörmətimi itirmədim və bu gün nəyi təmsil etdiyimi göstərdim. Bu qol təkcə üç xal deyil. Bu, mənə inanan hər kəs üçündür. Komanda yoldaşlarım, məşqçilərim və xüsusilə siz azarkeşlər üçün. Inanılmaz dəstəyinizə görə təşəkkür edirəm. Növbəti oyunda görüşərik".

Bu qol Azərbaycan millisinin hücumçusunun cari mövsüm Bundesliqa 2-də 4-cü qolu olub.