Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda bunadək "Bavariya 2"yə başçılıq etmiş Sebastyan Hönessə tapşırılıb. Onunla 2023-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2019-cu ilin yayından "Bavariya 2"yə rəhbərlik edirdi.