“Ştutqart” “Volfsburq”dan heyətinə cəlb etdiyi Mario Qomezlə rəsmi müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu 2020-ci ilin yayına qədər “Ştutqart”da çıxış edəcək. Bu transfer üçün “Ştutqart”ın qarşı tərəfə 3 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, M. Qomez bu mövsüm “Volfsburq”un heyətində ümumilikdə 15 oyuna 1 qol vurub.