Bundesliqada çıxış edən “Hoffenhaym” çalışdırıcısı Alfred Şroyderlə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyini yazıb. Cari mövsümün əvvəlində “Hoffenhaym”ın sükanı arxasına keçən niderlandlı çalışdırıcının Bundesliqanın bərpasından sonra uğurlu nəticələrə baxmayaraq, ayrılması gözlənilməz olub.

Qeyd edək ki, “Hoffenhaym” 30 turdan sonra 43 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.