Almaniyanın "Hoffenhaym" klubunun futbolçusu Kerim Çalhanoğlu komandasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə 18 yaşlı yarımmüdafiəçi Gelzenkirhen klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Hoffenhaym"ın yetirməsi olan Kerim Çalhanoğlu cari mövsüm Almaniyanın U-19 liqasında 18 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun əmisioğludur.