Münhenqladbax “Borussiya”sı futbolçusu Oskar Vendtlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

İsveç milli komandasının da üzvü olan Vendtin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.