İtaliyanın "Roma" klubunun türkiyəli futbolçusu Cengiz Ünderi transfer etmək istəyən komandaların sayı artıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı oyunçu ilə yolları ayırmağa hazırlaşır.
İndiyə qədər Ünder üçün "Arsenal", "Tottenhem", "Milan", "Bayer"(Leverkuzen) və "Napoli" kimi klublar "elçi" düşmüşdü.
Bu klubların siyahısına Münhen "Bavariya"sı da daxil olub. Bundesliqa lideri türkiyəli futbolçunu heyətinə qatmaq niyyətindədir. Ünder üçün artıq qarşı tərəflə təmasa keçilib.
"Bavariya" futbolçu üçün "Roma"ya 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ildən İtaliya klubunda çıxış edir.