Son günlərin əsas hadisəsi olan Corc Floydun ölümü ilə bağlı demək olar ki, bütün dünyada ona dəstək mesajları verilir.
Offsideplus.az xəbər verir ki, ABŞ-da polis tərəfindən irqçilik zəmnində öldürülən vətəndaşa dəstək göstərənlər arasında məşhur futbolçular da var.
Belə ki, ötən tur Almaniya Bundesliqasında keçirilən matçlarda Ceydon Sanço, Əşrəf Hakimi, Ueston Makkeniye kimi futbolçular qol vurduqdan sonra üzərində "Corc Floyda ədalət" yazıları həkk olunmuş köynəkləri nümayiş etdirmişdilər.
Bunun ardınca Almaniya Futbol Federasiyasının(DFB) sözügedən futbolçuları cəzalandıracağı gözlənilirdi. Lakin qurum bu gün verdiyi açıqlama ilə məsələyə nöqtə qoyub.
Həmin futbolçuların heç birinin cəzalandırılmayacağı və hətta növbəti turlarda da irqçiliyə qarşı mesajlar veriləcəyi bildirilib.