Loris Karius karyerasını Almaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Liverpul"un üzvü ilə "Herta" və "Hamburq" yaxından maraqlanır. Almaniya mətbuatında yer alan xəbərə görə, 27 yaşlı qapıçı üçün hər iki klub danışıqlara başlayıblar.
Qeyd edək ki, son olaraq icarə əsasında "Beşiktaş"da çıxış edən Kariusun "Liverpul"la 2022-ci ilə qədər müqaviləsi var.