“Ayntraxt” klubu futbolçusu Makoto Hasebenin müqaviləsinin müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2014-cü ildən “Ayntraxt”da çıxış edən yaponiyalı futbolçu bu mövsüm Bundesliqada 17 oyunda iştirak edib.