Almaniya Bundesliqası mayın 9-da bərpa oluna bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının (DFL) baş direktoru Kristian Zeyfert məlumat verib. Qurum rəsmisi oyunların keçirilməsi şərti ilə çempionatın başlamasının mümkün olduğunu bildirib:
“Biz bir sıra müsbət məlumatlar almışıq və bu, hər iki Bundesliqanın başlaması üçün böyük siqnaldır. Bütün klubların azarkeşləri üçün çox önəmli xəbərdir. Bu, riskdir, lakin klublar məsuliyyəti üzərinə götürəcək. Azarkeşsiz oyunlar o qədər də gözəl deyil. Amma bu, Bundesliqa üçün yeganə variantdır. Sabah rəhbərliklə, cümə axşamı isə klublarla bu barədə danışacağıq”.