“Herta” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, komandanın “sükan”ı arxasına  Bruno Labbadia keçib.

54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Labbadia daha əvvəl Almaniyada “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” kimi klubları çalışdırıb.