Münhen"Bavariya"sı əsas futbolçularından biri Tomas Müllerlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı alman yarımmüdafiəçi müqavilənin müddətinin 2023-cü ilə kimi uzadılması təklifi ilə razılaşıb. Hazırda tərəflər arasında maaş barədə müzakirələr aparıldığı vurğulanıb.
Qeyd edək ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisində çıxış edir.