"Leyptsiq"nın üzvü Timo Verner "Liverpul"a keçidi ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Welt"ə müsahibə verən almaniyalı futbolçu Yurgen Kloppdan öyrənə biləcəyi çox şeyi olduğunu bildirib:

"Londonda "Tottenhem"ə qarşı oynadığımız futbol adımın "Liverpul"la hallanmasına səbəb oldu. Orada çox hörmət etdiyim, həm də alman olan Yurgen Klopp işləyir. Ondan öyrənə biləcəyim çox şey var. Oyun tərzimin də "Liverpul"un sisteminə uyğun olduğunu göstərən bir çox amillər var".