"Bavariya"dan ayrıldıqdan sonra işsiz olan Niko Kovaç yenidən Bundesliqaya qayıda bilər.
Offsideplus.az "Kicker" nəşrinə istinadla xəbər verir ki, bir müddət əvvəl baş məşqçisi Yurgen Klinsmannla yollarını ayıran "Herta" xorvat mütəxəssisə təklif göndərməyə hazırlaşır. "Herta"nın baş məşqçi postuna əsas hədəfin Kovaç olduğu və yaxın zamanda ilkin danışıqların başlayacağı bildirilir.
Qeyd edək ki, Kovaç "Bavariya"dan əvvəl "Ayntraxt"ı çalışdırıb.