Almaniya 2-ci Bundesliqasında 20-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” klubu da növbəti oyununa çıxıb.

Aue təmsilçisi doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 80-ci dəqiqədə əvəzlənib.