İtaliyanın “Milan” komandasının polşalı hücumçusu Kşiştof Piontek Almaniyanın “Herta” klubuna transfer edilib.

Offsideplus.az Berlin klubunun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi 27 milyon avro və bonuslar qarşılığında futbolçu ilə üçillik müqavilə imzalayıb.

Kşiştof Piontek 2019-ci ilin yanvar ayında “Genoa” klubundan 35 milyon avro müqabilində transfer olub. O, “rossoner”lərin heyətində 61 oyunda 35 dəfə fərqlənib və 4 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.