Almaniyanın “Leyptsiq” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan Dani Olmonu transfer edib. 22 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Espanyol” və “Barselona”nın futbol akademiyasının yetirməsi olan Olmo, 2015-ci ildən “Dinamo”da çıxış edirdi.