"Bavariya"nın sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger Mourinyonun klubun baş məşqçi postuna mümkün təyinatı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, O, Mourinyonun Bundesliqada özünü yaxşı tərəfdən göstərəcəyinə inandığını bildirib: "Mourinyo tez-tez məndən "Bavariya" və alman futbolu barədə soruşurdu. Mourinyo Bundesliqada işləməyib. Bu səbəbdən mən onun burada uğur qazanacağına inanıram. Joze çempionatdakı əksər futbolçuları tanıyır. Mourinyo bir vaxtlar almanca da təhsil alıb".
Xatırladaq ki, portuqal mütəxəssisin son iş yeri "Mançester Yunayted" olub. Mourinyonun hazırda "Arsenal"la danışıqlar apardığı iddia olunur.