Almaniyanın ikinci bundesliqasında 33-cü turun oyunlarına yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib. Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu doğma meydanda "Qroyter"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Meydana start heyətdə çıxan Nazarov 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, mövsümün başa çatmasına 1 tur qalmış "Erzgebirge" 40 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.