Mövsümün sonunda Diter Xekkinqi göndərəcəyi dəqiqləşən “Borussiya” (Münhenqladbax) ona əvəzləyici tapıb. 

Offsideplus.az xəbər verir ki, komandanı yeni mövsümdən “Zalsburq”un hazırkı baş məşqçisi Marko Roze çalışdıracaq. 42 yaşlı mütəxəssis Bundesliqa təmsilçisinə Avstriya klubundakı köməkçiləri – Rene Mariç, Aleksandr Tsikler və Patrik Eybenberqerlə birlikdə gedəcək.

Qeyd edək ki, ötən mövsüm “Zalsburq”a ölkə çempionluğunu qazandıran Roze eyni zamanda, komandanı Avroliqanın yarımfinalına çıxarmışdı.