Münhenqladbax "Borussiya"sı baş məşqçisi Diter Hekinqlə yollarını ayırmaq qərarına gəlib. 

Offsideplus.az xəbər verir ki, 54 yaşlı mütəxəssis mövsümün sonunda postunu tərk edəcək. Onun yerinə kimin gətiriləcəyi isə növbəti həftə açıqlanacaq.

Qeyd edək ki, Hekinq 2016-cı ilin dekabr ayından "Borussiya"nı çalışdırır.