Yığmamızın hücumçusu Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. 

Offsideplus.az xəbər verir ki, ikinci bundesliqa təmsilçisi digər alman klubu "Halleşer"lə qarşılaşıb. Matç Aue təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

D.Nazarov sözügedən görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. İlkhissədən sonra qapıçıdan başqa, bütün start heyəti oyunçuları kimi Nazarov da əvəzlənib.