Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızılar” “Ştutqart”dan Benjamen Pavarı alıblar. Fransa yığmasının 22 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.
Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. Daha öncə müxtəlif KİV-lərdə “Bavariya”nın “Ştutqart”la 2021-ci ilin yayına qədər müqaviləsi olan futbolçu üçün klubuna 35 milyon avro ödəyəcəyi bildirlirdi.
Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub.