Fransa millisi və "Ştutqart"ın müdafiəçisi Benjamin Pavar karyerasını "Bavariya"da davam etdirəcək.
Offsideplus.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçu Münhen klubuna keçməyə razılıq verib. Transferin 2019-cu ilin yayında gerçəkləşəcəyi bildirilib. "Bavariya" gənc müdafiəçi üçün "Ştutqart"a 35 milyon avro ödəyəcək.
Qeyd edək ki, Pavar bu yay Fransa millisinin heyətində Rusiyada keçirilən mundialda dünya çempionu olub.