Almaniya 2-ci bundesliqasında 17-ci turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu bu tur evdə "Darmştadt"la qarşılaşıb. Oyuna ehtiyatdan başlayan Nazarov 57-ci dəqiqədə hesab 1:0 olarkən meydana daxil olub. 7 dəqiqə sonra Aue təmsilçisi hesab arasındakı fərqi 2 topa çatdırsa da, üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ehtiyatında 19 xalı olan "Erzgebirge" 12-ci pillədə qərarlaşıb.