"Preyssen"in baş məşqçisi Marko Antverpen futbolçusu Rüfət Dadaşov barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, millimizin düşərgəsindən qayıdan 27 yaşlı hücumçuya cümə günü istirahət verdiyini bildirib: "Görünür, Rüfət gərgindir. Amma biz bunun öhdəsindən gələcəyik".
Qeyd edək ki, UEFA Millətlər Liqasının 6-cı turunda Kosovo ilə keçirilən görüşdə zədələnən R.Dadaşovun 3-cü bundesliqanın 16-cı turunda "Ayntraxt"a (Braunşveyq) qarşı oynayıb-oynamayacağının hələ məlum deyil.