Azərbaycan Basketbol Liqasının VI turunda "Abşeron Lions" "Şəki"yə 104:79 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, "Abşeron Lions"un baş məşqçisi Erhan Toker oyundan sonra fikirlərini bölüşüb:
"Gecə yarı Polşaya yola düşəcəyik. Bu oyunda da hesab tablosu ilə bağlı problemlər yaşandı və matç çox uzandı. Bu istisna Şəki səfəri yaxşı keçdi. Yekunda müdafiə və hücumda da yaxşı oynadıq. Çətin səfərdən əla qələbə ilə qayıdırıq. "Şəki"yə də maraqlı oyuna görə təşəkkür edirəm. Ard-arda səfərdə oynamağımız bir qədər yorğunluq yaradacaq, amma basketbolçularım əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Onları təbrik edirəm".



