NBA-də final seriyasının ilk matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, Oklahoma City Thunder İndiana Pacers'ı qəbul edib.
Pacers ilk görüşdən qələbə ilə ayrılmağı bacarıb - 111:110.
Görüşün ən məhsuldar oyunçusu 38 xal atan Şey-Qilces Aleksandr olub.
Qeyd edək ki, 4 qələbəyə ilk çatan komanda NBA çempionu olacaq.