NBA-də Konfrans finalları start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk olaraq Qərb Konfransında Oklahoma City Thunder'la Minnesota Timberwolves üz-üzə gəlib.

İlk hissədə Minnesota təmsilçisi üstün olsa da, ikinci hissədə işlər dəyişib. Normal mövsümü də OKC rəqibinə aman verməyib - 114:88.

Görüşün ən məhsuldar oyuncu Shai Gilgeous-Alexander olub. O, 31 xal, 5 ribaund v 9 assistlə oynayıb.

Qərb Konfransı (final)

Oklahoma City Thunder - Minnesota Timberwolves 114:88 (20:23, 24:25, 32:18, 38:22).

Seriyada 4 qələbəyə ilk çatan komanda NBA finalına yüksələcək.