"San Antonio" klubunun üzvü Kris Pol karyerası ərzində 12 min ötürmə edən üçüncü basketbolçu olaraq Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə adını yazdırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbəyə görə, 39 yaşlı amerikalı basketbolçu bu uğura şənbə günü "Lakers"ə qarşı keçirilən çempionat matçında (115:120) imza atıb.