“Lənkəran” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, cənublular 204 sm boya malik hücumçu Emanuel Littls ilə 1 illik müqavilə imzalayıb.
25 yaşlı amerikalı “Lənkəran”a qədər “Fleyer Vels” (Avstriya) və “Posusje”nin (Bosniya və Herseqovina) formasını geyinib.
Qeyd edək ki, klub buna qədər Qreqory Milton, Ceremi Berrayt, Maykl Rocersi, Çınar Çakmak, Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun da keçidini rəsmiləşdirib.