Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu gün final mərhələsində 3-cü oyunlar keçirilib. "Xarı bülbül"ə 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gələn "Murov" çempion adını qazanıb. Komanda əvvəlki iki görüşdə rəqibini 3:1 və 3:0 hesabı ilə üstələmişdi.

MOİK-i 3:1 hesabı ilə məğlub edən “Neftçi” isə bürünc medalları qazanıb.

20 aprel

Yüksək Liqa, kişilər

3-cü oyunlar

Üçüncü yer uğrunda

“Neftçi” – MOİK - 3:1 (21:25, 25:22, 25:15, 28:26)

Final

16:00 “Xarı bülbül” - “Murov” – 0:3 (16:25, 10:25, 16:25)