"Finiks Sans" yeni transferi Dillon Bruksla üçillik, 73 milyon dollar dəyərində müqavilə imzalayıb. 30 yaşlı forvard bu anlaşmadan sonra qarşıdakı illər üçün iddialı məqsədini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Bruks fikirlərini belə ifadə edib: "Burada uzun müddət qalacağam. Bütün düşüncələrim çempionluğa yönəlib". Kanadalı basketbolçu "Finiks Sans"dakı ilk mövsümündə komandasının 45 qələbə qazanmasına və NBA pley-offuna yüksəlməsinə kömək edib. O, 58 oyunda orta hesabla 20,1 xal, 3,6 ribaund və 1,8 assistla yadda qalıb. Bruks ümumi atışlarda 43,5 faiz, üçxallıq atışlarda isə 34,6 faiz dəqiqlik nümayiş etdirib.


