"Quba" Azərbaycan Basketbol Liqasının (ABL) XIV turunda "Lənkəran"ı 86:68 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Şəhriyar Əsgərov qələbəni dəyərləndirib:
"Bu oyunun proqnozunu əvvəldən demək olardı. Çünkü “Lənkəran” böhran yaşayır. Komandaları tam heyətlə çıxış etmirdi. Ümid edirəm ki, onlar yaxın zamanda bu böhranı geridə qoyacaqlar. Buna görə də oyun da asan alındı. Bir xeyiri də oldu ki, oyunçulardan tam istifadə edə bildik. Hüseyn Məmmədov, Ayxan Aslanov və Ülvi Məmmədov oyuna girib özlərini göstərə bildilər.
Çox da çətin olmayan qələbə qazanmaq nəsib oldu. Rəqibi də təbrik edirəm. Heyətlərində çətinlik olmasına baxmayaraq sona qədər çox güclü müqavimət gostərdilər. Uğurlarımızın davamı gələcək. Umid edirəm qələbə seriya olar".


