Formula 1-də 2026-cı ilin təqvimi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, növbəti il Bakı yarışı 25-27 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, Formula 1 Bakıda 2016-cı ildən bəri keçirilir. Azərbaycanın paytaxtında keçirilən sonuncu yarışın qalibi "Maklaren"in pilotu Oskar Piatsri olub.
Bu mövsümkü yarış isə 19-21 sentyabrda təşkil olunacaq.