Kanada Qran-prisində "Mercedes" pilotu Corc Rassell sıralanma turunda komanda yoldaşı Kimi Antonellini qabaqlayaraq poulu qazanıb.
Offsideplus.az xəbər verir ki, şənbə günü keçirilən sprint yarışının da qalibi olan Rassell, sessiyanın sonunda 19 yaşlı italyan pilotdan saniyənin 0.068 hissəsi qədər daha sürətli dövrə vurub.
"Maklaren"in çempion pilotu Lando Norris yarışı üçüncü, onun komanda yoldaşı Oskar Piastri isə dördüncü sırada başlayacaq.
"Ferrari"dən Luis Hemilton beşinci, "Red Bull"un sürücüsü Maks Ferstappen isə altıncı qərarlaşıb.
İlk onluğu müvafiq olaraq İsak Hacar, Şarl Lekler, Arvid Lindblad və Franko Kolapinto tamamlayıb.
Qeyd edək ki, əsas yarış bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


