“Formula 1” üzrə dünya çempionatının iştirakçısı olan İtaliyanın “Ferrari” komandası yeni bolidini təqdim edib.

Offsideplus.az xəbər verir ki, 2019-cu il mövsümü üçün nəzərdə tutulan maşına SF90 indeksi verilib. Bolidin ənənəvi qırmızı rənginə qara elementlər də əlavə olunub.

Qeyd edək ki, yeni mövsümdə “Ferrari”nin pilotları almaniyalı Sebastyan Fettel və monakolu Şarl Leklerdir. Sonuncu finlandiyalı Kimi Raykkoneni əvəzləyib.