Futbol üzrə Avropa Liqasında III turun ən yaxşı futbolçusu açıqlanıb.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Chelsea-nin yarımmüdafiəçisi Ruben Loftus-Çik layiq görülüb. O, Belarus BATE-sinə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.

Salzburg-un hücumçusu Munas Dabbur tutub. Dabbur Rosenborg-u 3:0 hesabı ilə yendikləri görüşdə dubl edib. Üçüncü yer İspaniya Betisinin cinah oyunçusu Covanni Lo Çelsoya qismət olub. Çelso Milan-ı 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi kimi yadda qalıb.