Avropa Liqasının qrup mərhələsinin oyunları çərçivəsində keçirilən “Marsel” - “Latsio” oyunundan əvvəl azarkeşlər arasında insident yaşanıb.

Offsideplus.az xəbər verir ki, matçdan əvvəl “Latsio” azarkeşlərinin qaldığı otelin qarşısına gələn “Marsel”lilər rəqib azarkeşlərə donuz kəlləsi atıb və “bura çox təhlükəlidir, Romaya qayıdın” deyə, səsləniblər. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Marsel” azarkeşlərinin bu hərəkətinə əsəbiləşən “Latsio”lular qarşı tərəfə hücum ediblər. Təxminən 80 nəfərin iştirak etdiyi qarşıdurmada 3 nəfər azarkeşin ciddi yaralandığı bildirilir.

Polisin müdaxiləsindən sonra azarkeşləri ayırmaq mümkün olub.

“Marsel” - “Latsio” matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

komanda.az