"Arsenal"ın sabiq futbolçusu hava limanında narkotiklə saxlanılıb.
Offsideplus.az xəbər verir ki, "topçular"ın yetirməsi olan Cey Emmanuel-Tomas 800 000 dollarlıq narkotik vasitəni Londonun Stansted hava limanı vasitəsilə idxalını təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə "CNN" məlumat yayıb.
Futbolçunun hazırda çıxış etdiyi Şotlandiyanın "Greenock Morton" klubu "X" platformasında açıqlamasında oyunçunun müqaviləsinin dərhal ləğv edildiyini və əlavə şərh verilməyəcəyini bildirib.
Qeyd edək ki, Emmanuel-Tomas iyulda "Greenock Morton"la 6 aylıq müqavilə imzalayıb. O, "Arsenal"ın akademiyasında oynayıb, "Bristol Siti", "Queens Park Rangers", "Kardiff Siti" kimi digər Britaniya klublarında çıxış edib.